“Basiani 2023” komanda-qərargah təlimi başa çatıb – VİDEO

“Basiani 2023” komanda-qərargah təlimi başa çatıb.

Təlim və Hərbi Təhsil Komandanlığının dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı tərəfindən təşkil olunan təlimlərdə Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyinin struktur bölmələri iştirak edib.

Qeyd edək ki, 1 həftə ərzində davam edən təlimlər zamanı  5-ci artilleriya briqadasının batalyonu missiya yönümlü sahə komponentində birinci piyada briqadasının bölməsinə atəş dəstəyi verib.

Komanda-qərargah təliminin məqsədi Gürcüstan Müdafiə Qüvvələrinin bölmələri ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın dərinləşdirilməsi, əməliyyatların birgə planlaşdırılması, müdafiə əməliyyatları zamanı əlaqələndirilmiş hərəkətlər və əməliyyatların idarə olunması prosesində idarəetmə və idarəetmə proqram təminatı sisteminin inteqrasiyasından ibarət olub.