Azərbaycan xarici işlər nazirinin müavini Gürcüstanda səfərdədir

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Gürcüstanın paytaxtı Tbilisiyə səfərdədir.

Nazir müavini səfərinə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edərək başlayıb.

Xələf Xələfovun Gürcüstana səfəri çərçivəsində iki ölkə arasında siyasi məsləhətləşmələr keçiriləcək.