Kaxovka SES-in partladılması nəticəsində ölənlərin sayı artıb

Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Bu barədə Xerson vilayətinin rəhbəri Andrey Alekseenko teleqramda bildirib.

Bundan əvvəl 29 nəfərin öldüyü bildirilirdi.

Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib.