Daxili İşlər Naziri nüvə təhlükəsizliyi məsələləri üzrə ABŞ rəsmisi ilə görüşüb – FOTO

Daxili işlər naziri Vaxtanq Qomelauri ABŞ Energetika Departamentinin (DOE) nüvə təhlükəsizliyi məsələləri üzrə katibinin müavini və Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Jill Hrubi ilə tanışlıq görüşü keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Görüş çərçivəsində tərəflər Daxili İşlər Nazirliyi ilə ABŞ-ın Energetika departamenti arasında mövcud əməkdaşlıq əlaqələrini, əldə olunan nəticələri müzakirə edib, gələcək planları və prioritet istiqamətləri müəyyənləşdiriblər.

Görüşdə Amerika Birləşmiş Ştatlarının səfiri Kelli Deqnan da iştirak edib.

Vaxtanq Qomelauri nüvə təhlükəsizliyi sahəsində Amerika Birləşmiş Ştatları ilə Gürcüstan Daxili İşlər Nazirliyi arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.