Ukraynada müharibə nəticəsində ölənlərin ümumi sayı açıqlanıb – RƏSMİ
Ukraynada 2022-ci ilin fevralından bəri davam edən münaqişə nəticəsində 9 mindən çox dinc sakin həlak olub.
Bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətlə bağlı iclasında deyib.
Onun sözlərinə görə, ölən 9 083 nəfərin 530-u uşaqdır: “Münaqişə nəticəsində 15 779 nəfər yaralanıb, o cümlədən 1086 uşaq. Rəqəmlər çox güman ki, daha çoxdur”.