Qurban bayramı ilə əlaqədar həbsxanalara sovqat göndərmək mümkün olacaq – SİYAHI

Xüsusi Penitensiar Xidmət Qurban bayramı ilə əlaqədar mövcud qanunvericiliyə uyğun olaraq 29-30 iyun tarixlərində aşağıda göstərilən ərzaq məhsullarının cəzaçəkmə müəssisələrinə buraxılmasına icazə verəcək:

1. Soyutma ət – 3 kq;

2. Qızardılmış və soyutma toyuq əti;

3. Plov – 2 kq;

4. Pendir – 2 kq;

5. Xiyar-pomidor 3 – kq;

6. Üzüm qurusu əlavə olunmuş tort-keks;

7. Meyvə – 5 kq.

Məlumat üçün onu da bildirək ki, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin qarşıdan gələn Qurban bayramı ilə əlaqədar müsəlman məhbuslar üçün bayram sovqatlarının qəbulu ilə bağlı xüsusi penitensiar xidmətə etdiyi müraciətə cavab olaraq bildirilib.