Prezident qəbul edilmiş bu düzəlişlərə veto qoyub
Prezident Salome Zurabişvili MSK sədrinin və üzvlərinin seçilməsi prosedurunun dəyişdirilməsi ilə bağlı “Seçki Məcəlləsi”nə edilmiş düzəlişlərə veto qoyub.
Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.
Qeyd edilib ki, dəyişikliklərə əsasən namizədlərin seçimi və təqdimatı parlament sədri tərəfindən həyata keçiriləcək və seçkilər parlamentin səs çoxluğu ilə olacaq, bu da birpartiyalı qərar deməkdir.
Prezident isə parlamentə təklif edir ki, xalq müdafiəçisi məsələsində olduğu kimi, MSK sədri və üzvləri ən azı 90 səslə seçilsin.
Məlumat üçün onu da bildirək ki, qəbul olunmuş yeni qanun layihəsi, sədr və üzvlərin 100 səs əvəzinə 76 səslə seçilməsini nəzərdə tutur.