Gürcüstan millisi 1/4 finala yüksəlib

Gürcüstan millisi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinə yüksəlib.

RealNews xəbər verir ki, çempionatın üçüncü turunda Gürcüstan və Hollandiya yığmaları üz-üzə gəliblər.

Görüşün 1:1 hesabı ilə başa çatması nəticəsində Gürcüstan millisi qrupda birinci yeri tutaraq 1/4 finala yüksəlib.

Məlumat üçün onu da bildirək ki, Gürcüstan millisi növbəti mərhələdə iyulun 1-də “Dinamo Arena”da C qrupunda ikinci yeri tutacaq komanda ilə qarşılaşacaq.