Tbilisidə dəhşətli hadisə: Baba və nəvəsi güllələnib

Tbilisidə Vazisubani ərazisində baba və nəvə güllələnib. Hadisə ötən gün axşam saatlarında baş verib.

Məlumata görə, gənclər arasında münaqişə yaranıb, bu zaman qarşı tərəf müdaxilə etməyə çalışan yaşlı kişiyə və nəvəsinə atəş açıb.

Baba və nəvə xəstəxanaya çatdırılıb.

Onu da bildirək ki, hadisəni törədən şəxs artıq həbs edib. İstintaq Cinayət Məcəlləsinin qəsdən bədənə yüngül xəsarət yetirməni nəzərdə tutan 120-ci maddəsi ilə aparılır və 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.