Ukraynada davam edən döyüşlərdə rus general öldürülüb

Rusiya ordusunun general-leytenantı Oleq Tsokov Ukraynada davam edən döyüşlərdə öldürülüb.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko teleqramda yazıb.

Onun sözlərinə görə, general müvəqqəti olaraq işğal olunmuş Berdyansk bölgəsində məhv edilib.

Andryuşenkonun sözlərinə görə, həmin general 2022-ci ilin sentyabrında da yaralanmışdı.