Azərbaycandan Gürcüstana 1,3 mlrd.m3 qaz ixrac olunub
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 12 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 7,5% çoxdur.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
Qeyd olunur ki, hesabat dövründə Avropaya 5,7 mlrd. kubmetr, Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu küçüri (TANAP) Türkiyəni 2,8 mlrd. kubmetr qazla təchiz edib.
“Yanvar-iyun aylarında qaz ixracı 7,5% artıb. Avropaya 5,7 mlrd.m3, Türkiyəyə 5 mlrd.m3, Gürcüstana isə 1,3 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 2,8 mlrd.m3 qazla təchiz edib”, – paylaşımda bildirilir.