Bu gün daha 23 ailə Laçın şəhərinə yola salınıb

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

Belə ki daha 85 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.