Avtomobil sahiblərinin nəzərinə: Zərərli qazlarla bağlı cərimələr…

Cari ilin sentyabr ayının 4-dən etibarən yollarda avtomobillərdə atmosferə atılan zərərli maddələrin –  qaz və tüstünün tərkibinə xüsusi qurğularla nəzarət ediləcək.

Bu barədə qanun layihəsi bu gün Parlamentdə üçüncü və yekun oxunuşda qəbul edilib.

Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına qeyd edilən tarixdən işlənmiş qazlarda zərərli maddələrin normadan artıq olub olmadığını yoxlamaq üçün avtomobilləri saxlamağa icazə verən dəyişikliklər təsdiq edilib.

Tərkibində zərərli maddələrin miqdarını aşmağa görə fiziki şəxs 100 lari, hüquqi şəxs isə 500 lari məbləğində cərimələnəcək. Təkrar qayda pozuntusuna görə isə fiziki şəxslər 300 lari, hüquqi şəxslər isə 1500 lari məbləğində cərimə olunacaqlar. Üçüncü qayda pozuntusu halında fiziki şəxslər üçün 600 lari, hüquqi şəxslər isə 3000 lari məbləğində cərimə ilə cəzalandırılacaq.

Onu da bildirək ki, birinci etapda nəzarət Tbilisi, Batumi, Kutaisi və Rustavidə aparılacaq.