Türkiyədə kütləvi dava zamanı 1 nəfər ölüb, 11 insan yaralanıb

Türkiyənin Van vilayətinin Erciş rayonunda iki ailənin üzvləri arasında kütləvi dava zamanı 1 nəfər ölüb.

Bu barədə RealNews “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, bir müddətdir düşmənçilik aparan iki ailə arasında silahlı dava zamanı daha 11 nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Jandarm və polis xəstəxanada və ərazidə təhlükəsizlik tədbirləri görüb.

Hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.