Rusiyanın Saratov vilayətində daşqınlar zamanı zərərçəkənlərin sayı 183 nəfərə çatıb – FOTO

Rusiyanın Saratov vilayətinin Solyanka kəndində artıq 183 nəfərin zərər çəkdiyi daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.

Bu barədə yerli “Saratov 24” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərin 18-i müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilib, qalanları qohumlarının evinə sığınıb.

“Güclü yağışdan sonra kənddə 100 evi su basıb, onlardan 50-ni tamamilə su basıb (evlərə su daxil olub)”, – xəbərdə qeyd olunur.

Bundan əvvəl Saratov vilayətində Ozinsk rayonunda baş verən daşqın səbəbindən 9-u uşaq olmaqla 45 nəfər təxliyə edilib. Bir neçə yaşayış məntəqəsi zərər çəkib.