Volodimir Zelenski dünyanı Rusiyanı dayandırmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski dünyanı Rusiyanı dayandırmağa çağırıb.

Dövlət başçısı bununla bağlı fikirlərini teleqramda yazıb.

O bildirib ki, son sutkada Rusiya ordusu yenidən Ukrayna şəhərlərini atəşə tutub: “Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Təəssüf ki, dağıntılar var. Dağıntılar xüsusilə ölkənin cənubundadır. Rusiya hələ də dayandırıla bilər və dayandırılmalıdır”.

V.Zelenski bildirib ki, Rusiya qüvvələri son sutkada Ukrayanın limanlarını da atəşə tutub.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri bu gün Rusiyanın İran istehsalı olan 10 “Shahed” pilotsuz uçuş aparatını məhv edib.