Şovidə itkin düşən Samirə İsayevanın cəsədi tapılıb – FOTO

Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində torpaq sürüşməsi zamanı itkin düşən Rustavi sakini, 18 yaşlı Samirə İsayevanın cəsədi tapılıb.

Bu barədə onun qardaşı “Info Rustavi”yə bildirib.

Qeyd edək ki, Samirə İsayevanın cəsədini onun atası tanıyıb.

Son məlumatlara görə 3 avqust tarixində Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində 18 nəfər həlak olub, 20-dək şəxsin axtarışı isə davam etdirilir.