ABŞ-da helikopterlər toqquşub, 3 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatında yanğınsöndürmə işlərinə cəlb olunan 2 helikopter toqquşub.

RealNews CNN-ə istinadən xəbər verir ki, bu barədə Kaliforniya Yanğından Mühafizə Xidmətinin regional nümayəndəsi Devid Fulçera məlumat verib.

“Yanğınla mübarizə aparan zaman iki helikopter toqquşub. Birinci helikopter yaxınlıqda təhlükəsiz eniş edə bilib. Təəssüf ki, ikinci helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb”, – o bildirib.

Onun sözlərinə görə, həlak olanlar pilot, kapitan və Yanğından Mühafizə Xidmətinin şöbə rəisidir.

Yanğının söndürülməsində ümumilikdə 6 helikopter iştirak edib.