Qarşıdakı günlərdə Gürcüstanda havanın temperaturu 41 dərəcəyə yüksələcək
Qarşıdakı bir həftə ərzində Gürcüstan ərazisində isti hava şəraiti və istilik dalğası müşahidə olunacaq.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə qərbi Gürcüstanın düzənliyində havanın temperaturu +37, +39°, şərqi Gürcüstanda isə +39, +41° dərəcəyə çata bilər.
Dağlıq ərazilərdə +33, +38°, yüksək dağlıq ərazilərdə isə havanın temperaturu +28, +33◦C olacaq.
Agentlikdən bildirilib ki, gözlənilən yüksək temperatur meşə yanğınları və buzlaqların əriməsi ilə bağlı proseslərin aktivləşməsinə şərait yarada bilər.