Azərbaycan XİN Gürcüstanla bağlı paylaşım edib
Azərbaycan qonşusu və tərəfdaşı Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verməkdə davam edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” (“Twitter”) sosial şəbəkəsində paylaşım edib.
“Biz Gürcüstandakı münaqişənin dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tam dəstəkləyirik”, – deyə paylaşımda bildirilib.
Azerbaijan continues to attach great importance to cooperation with our neighbor and partner #Georgia.
We fully support the resolution of the conflict in Georgia based on sovereignty and territorial integrity of states within their internationally recognized borders.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 8, 2023