Nigerdə hərbi əməliyyatın başlama tarixi təyin edilib

Qərbi Afrika İqtisadi Birliyi Nigerdəki üsyançılara qarşı əməliyyatın başlama tarixini təyin edib.

Bunu sülh və icma təhlükəsizliyi üzrə komissar Abdel Fatau Musah deyib.

Onun sözlərinə görə, əməliyyatın başlanma tarixi açıqlanmayacaq. Komissar vurğulayıb ki, Qərbi Afrika İqtisadi Birliyinə üzv olan ölkələr Nigerdəki üsyançılarla sonsuz dialoq aparmaq niyyətində deyil.

“Qərargah rəisləri Nigerdə ​​hərbi əməliyyat planı üzərində razılığa gəliblər. Birlik ölkələri Nigerdə ​​konstitusiya qaydasını mümkün qədər tez bərpa etmək niyyətindədir”.