Gürcüstana külli miqdarda narkotik vasitələr keçirmək istəyən şəxslər saxlanılıb – VİDEO

Gürcüstana külli miqdarda narkotik vasitələr keçirmək istəyən 3 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata əsasən saxlanılan şəxslər 1993-cü il təvəllüdlü A.M., 1985-ci il təvəllüdlü S.T., və 1987-ci il təvəllüdlü M.L.-dır.

Qeyd edilib ki, Tbilisi hava limanında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.M.-nın üzərindəndən 1 kq 352 qram “kokain”, S.T.-nın üzərindən 50 qramadək “metadon”, M.L.-nın üzərindən isə paket halında “kokain” aşkar edilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri əsasında aparılır. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.