DİQQƏT: Gürcüstanda EG.5 ştamına yoluxma halları qeydə alınmayıb

Gürcüstanda koronavirusun EG.5 ştamına heç bir yoluxma halı qeydə alınmayıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi Covid-19 variantları, eləcə də digər viruslarla bağlı vəziyyəti fəal şəkildə izləməyə davam edir və indiyədək EG.5 ştamına heç bir yoluxma halı qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl, ölkə mediası Gürcüstanda EG.5 ştamına yoluxma hallarının qeydə alındığı iddiası ilə xəbərlər dərc edib.