Şovidə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb
Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, ölənlərdən daha birinin meyiti Çançaxi çayının yatağında tapılıb. Daha bir nəfərin axtarışlarının aktiv şəkildə davam etdirildiyi qeyd olunub.
Qeyd edək ki, təbii fəlakət avqustun 3-də baş verib. Hadisə ilə əlaqədar avqustun 7-də Gürcüstanda matəm elan edilib.