“Tbilisoba” bayramının keçiriləcəyi tarix açıqlanıb

30 sentyabr və 1 oktyabr tarixlərində “Tbilisoba” bayramı keçiriləcək.

RealNews.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib. Qeyd edib ki, tədbirlər ənənəvi olaraq Rike parkda, Abanotuban və Orbeliani meydanında baş tutacaq. Mer bildirib ki, tədbir çərçivəsində müxtəlif mədəni-əyləncə proqramları təşkil olunacaq.

Sentyabrın 30-da axşam saat 20:00-da Dövlət Mərasimlər Sarayında Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi keçiriləcək, daha sonra təntənəli konsert başlayacaq.

Kaxa Kaladze onu da vurğulayıb ki, tədbirdə dost və tərəfdaş şəhərlərdən nümayəndə heyətlərinin də iştirak edəcəyi gözlənilir.