Fuad Muradovdan Ana Vətən payı – FOTO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən Gürcüstanda yaşayan fiziki məhdudiyyətli şəxslərə yardım göndərilib.

Bu barədə Umut Yardım Fondunun  təsisçisi Minurə Mustafayeva sosyal şəbəkə hesabında paylaşım edib.

Qeyd edilib ki, Komitə sədri Gürcüstanda yaşayan fiziki məhdudiyyətli şəxslərə ümumilikdə 20 ədəd əlil arabası hədiyyə edib. Artıq 10 əlil arabası Minura Mustafayevaya təhvil verilib.