Azərbaycanın və Gürcüstanın Dini Qurumlarla iş üzrə Dövlət qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb
“Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
RealNews.ge xəbər verir ki, sənədi Gürcüstanda səfərdə olan DQIDK-nin sədri Mübariz Qurbanlı və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze imzalayıblar.
Bildirilib ki, sənəddə iki ölkənin Dini qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin, konfrans, “dəyirmi masa” və seminarların təşkili və sair məsələlər əksini tapıb.