Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına evsahibliyi etmək niyyətindədir
Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü il dünya çempionatına evsahibliyi etmək üçün ərizə vermək niyyətindədir.
Bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, dünya çempionatına iddia ölkənin dünya səviyyəli futbol tədbirlərinə evsahibliyi etməkdə artan təcrübəsi ilə gücləndiriləcək. Belə ki, ölkə 2027-ci ildə Asiya Kubokunu təşkil edəcək.
Oktyabrın 4-də FİFA bəyan edib ki, 2034-cü il dünya çempionatına evsahibliyi etmək üçün yalnız Asiya və Okeaniya ölkələri iştirak edə bilər. 2026-cı ildə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. 2030-cu ilin dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq, turnirin açılış matçı Uruqvayda, növbəti iki oyun Argentina və Paraqvayda baş tutacaq.