İsrail Livandan növbəti dəfə raket atəşinə tutulub

İsrail Livandan növbəti dəfə raket atəşinə tutulub, cavab tədbirləri görülür.

RealNews.ge “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, raket şimaldakı Marqaliot icması yaxınlığındakı hərbi posta atılıb. İtkilər barədə hələ ki məlumat yoxdur.

İsrail Müdafiə Ordusu hücuma artilleriya atəşi ilə cavab verdiyini açıqlayıb.