Bolnisi sakini 14 yaşında uşaq dünyaya gətirib

Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndindən olan 14 yaşlı qız uşaq dünyaya gətirib.

RealNews.ge xəbər verir ki, bu barədə kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, ailələrin razılığı ilə 14 yaşlı qız Dmanisi rayonunun Hüseynçay kəndindən olan 23 yaşlı şəxslə qeyri rəsmi nikahda olub.

Ananın yaşının az olması, doğulan uşağın səhətində də müəyyən problemlərə səbəb olub.

Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.