Marneulidə keçirilən multikultural festivaldan rəngarəng FOTOLAR

Marneuli Bələdiyyəsi Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Şin” (Evdə) adlı multikultural festival keçirilib.

Bu barədə Marneuli Meriyası məlumat yayıb.

Qeyd edilib ki, festivalda Marneuli meri Kənan Ömərov, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin birinci müavini Lia Qiqauri, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, dövlət nümayəndəsinin müavini Kaxa Koberidze, Gürcüstan Parlamentinin üzvü, Marneuli və Qardabani üzrə majoritar deputat Zaur Darğallı, Bələdiyyə sədri Amiran Qiorqadze, eləcə də digər rəsmilər və qonaqlar iştirak ediblər.

Festivalda rəngarəng proqram təqdim edilərək, “Qadınların səsi” tamaşası, xoreoqrafik ifa, “Mən qadınam” və “Od ünsürü” teatr tamaşaları nümayiş etdirilib.

Festival ərazisi xüsusi dekorasiyalar və pavilyonlarla bəzədilib, fotosərgi və yerli sahibkarların məhsullarının sərgi-satışı təşkil edilib.

Məlumat üçün bildirək ki, sözügedən festival artıq ikinci dəfədir ki, keçirilir. Ötən il festival Marneuli bələdiyyəsinin Alget kəndində baş tutub.