İstanbulda partlayış olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində Küçükçekmece rayonunda dördmərtəbəli binada partlayış baş verib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılardan 2-nin durumunun ağır olduğu qeyd olunub.

Məlumata görə, partlayış binanın zirzəmisində olub.

Hadisəyə səbəb kimi təbii qaz balonunun partlaması göstərilir.

Əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.