Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşü keçirilib – FOTO

Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib.

RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Azərbaycan Prezidenti Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Zirvə görüşündə Baş nazir İrakli Qaribaşvili də iştirak edib.