Almaniya şirkəti Ukraynaya 142 milyon avro dəyərində artilleriya mərmiləri tədarük edəcək

Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukrayna üçün 142 milyon dollar dəyərində artilleriya sursatları istehsal edəcək və bunu 2025-ci ildə təhvil verəcək.

RealNews.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya şirkəti məlumat yayıb.

“Sifarişə on minlərlə 155 mm-lik artilleriya mərmisi daxildir, sifarişçi NATO-nun tərəfdaş ölkəsidir və onun məqsədi Ukraynaya uzunmüddətli dəstəkdir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, 2024-cü ildə daha 40 min döyüş sursatının (digər sifariş) istehsalı və Ukraynaya çatdırılması gözlənilir.