Joze Mourinyo “Roma” ilə yeni müqavilə bağlamağa hazırlaşır
Joze Mourinyo İtaliya klubu “Roma” ilə yeni müqavilə bağlamağa hazırlaşır.
RealNews.ge xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə aparılan danışıqlar müsbət yöndə davam edir.
Paytaxt klubunun rəhbərliyi onun fəaliyyətindən razıdır və komandanın “sükanı arxasında” qalmasını istəyir. Mourinyo özü də qalmağın tərəfdarıdır. Bu ay ərzində tərəflərin ortaq məxrəcə gəlməsi və sözləşməni rəsmən uzatması gözlənilir.
Qeyd edək ki, Joze Mourinyonun romalılarla hazırkı müqaviləsinin müddəti mövsümün sonuna qədərdir. 60 yaşlı çalışdırıcı 2021-ci ildən “canavarlar”a rəhbərlik edir.