Tbilisi və Rustavi şəhərlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidələri ziyarət olunub – FOTO

Tbilisi və Rustavi şəhərlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar abidələri ziyarət olunub.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Ulu Öndərin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Səfirlik əməkdaşları iştirak ediblər.

Ulu Öndərin abilədəri önünə gül dəstələri düzülmüş və əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.