Qardabanili idmançılar Rusiyada keçirilən yarışda qalib oldular – FOTO

Qardabani Kikboksing Fight Club-un idmançıları Rusiyada keçirilən çempionatda qalib olublar.

Belə ki, Lipetsk vilayətində keçirilən Kikboksing üzrə çempionatda Qardabanidən müxtəlif çəki dərəcələri üzrə 7 idmançı mübarizə aparıb.

Onlardan Kərim Vəliyev, Malik Əliyev, Umud Mustafayev 1-ci yer, Nihad Sofiyev 2-ci yer, Paşa Mustafayev, Caner Məmmədov və Elimxan Daşdəmirov isə 3-cü yerə çıxıblar.

Onu da bildirək ki Rusiyada keçirilən yarışda idmançılarla birlikdə klubun məşqçisi Hacı Vəliyev, idmançı Elnar Vəliyev, valideynlərdən isə Hamlet Sofiyev və Vəli Mustafayev iştirak ediblər.