Rahibə İsmayılova və Elnur Abdullayev boks üzrə Gürcüstan çempionu olublar – FOTO

Batumidə Boks üzrə Gürcüstan Milli Çempionatı keçirilib.

RealNews.ge xəbər verir ki, çempionatda müxtəlif çəki dərəcələri üzrə, iki yaş kateqoriyasında ölkənin bütün bölgələrindən oğlan və qız idmançılar mübarizə aparıblar.

Qeyd edək ki, Gürcüstan Milli Çempionatında Rustavidən olan idmançı Rahibə İsmayılova 48kq çəki dərəcəsində, Qardabanidən olan Elnur Abdullayev isə 67kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək, gənclər arasında Gürcüstan çempionu olublar.