“Tbilisi – Avropa şəhəri” şüarı ilə Yeni il günləri başlayır
“Tbilisi – Avropa şəhəri” şüarı ilə paytaxtda Yeni il günləri başlayacaq.
Belə ki, bu gün saat 20:00-da ölkənin əsas Şam ağacı Şota Rustaveli prospektində Parlament binası qarşısında işıqlandırılacaq.
Tbilisi meri Kaxa Kaladze paytaxt sakinlərini şam ağacının işıqlandırılması tədbirində iştirak etməyə çağırıb və qonaqların maraqlı, rəngarəng tamaşa ilə qarşılanacağını bildirib.