Gürcüstan Rusiyadan 10 lokomotiv alacaq

Gürcüstan Rusiyadan 184 milyon lari (116,3 milyon manat) dəyərində 10 yeni lokomotiv alacaq.

RealNews.ge “Mtavari Arxi” telekanalına istinadən xəbər verir ki, yeni lokomotivlərin Bakı-Tbilisi-Qars (BTQ) əsas dəmir yolu xətti üzərində istismarı nəzərdə tutulub.

Xatırladaq ki, Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında açıqlamasında BTQ-nin modernizasiya işlərinin 90%-nin tamamlandığını və layihənin gələn il tammiqaslı fəaliyyətə başlayacağını bildirib.