Bolnisidə dəhşətli hadisə: 7 gənc bıçaqlanıb
Bolnisi bələdiyyəsində toyda dəhşətli hadisə baş verib.
Belə ki, Dəllər kəndində toy zamanı yerli və Darvaz kənd sakinləri arasında mübahisə yaşanıb.
Məlumata görə ilk öncə bir neçə gənc arasında yaşanan mübahisə daha sonra kütləvi davaya çevirlib, nəticədə 6 nəfər Dəllər, biri isə Darvaz kəndindən olmaqla 7 nəfər gənc bıçaqlanıb.
Hadisə ilə əlaqədar bir neçə şəxsin artıq saxlanıldığı bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyindən isə hələ ki, açıqlama edilməyib.
Bizi WhatsApp – da izləyin.