ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb

Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-a təhvil verilməyən “F-35” qırıcılarının qəbulu üçün yenidən sorğu göndərib.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“ABŞ-də 6 ədəd “F-35” təyyarəmiz var. İndi bizim “KAAN” (Türkiyənin beşinci nəsil döyüş təyaarəsi – Qeyd) istehsal etdiyimizi gördülər və münasibətləri dəyişib. Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara “F-35” almaq təklifini yenidən göndərdik”, – deyə o qeyd edib.

Qeyd edək ki, beşinci nəsil “KAAN” qırıcısı ilk sınaq uçuşunu fevralın 21-də uğurla həyata keçirib. Təyyarə üzərində işlər 2017-ci ildə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) Milli Döyüş Təyyarələri proqramı çərçivəsində başlayıb. Türkiyəli ekspertlərin fikrincə, gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 qırıcılarını əvəzləyəcək “KAAN” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını üstələyir.

2023-cü il iyulun sonunda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə TUSAŞ arasında “KAAN” layihəsi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb. Bundan sonra, 2024-cü ilin martında TUSAŞ-ın keçmiş baş direktoru Temel Kotil mediaya “KAAN” komponentlərindən birinin Azərbaycanda istehsal ediləcəyini söyləyib.

Bizi WhatsApp – da izləyin.