QANUNA DƏYİŞİKLİK: Dövlət məmurları üçün gürcü dilini bilmək məcburiyyəti götürülüb, vəzifəyə müsabiqə yolu ilə seçilmək isə ləğv edilib
“Dövlət qulluğu haqqında” qanunda edilən dəyişikliklərə əsasən, struktur bölməsinin rəhbərləri və onun müavinləri inzibati müqavilə ilə işə götürülən şəxslər hesab olunacaqlar.
Bu barədə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik üç dinləmədə, sürətləndirilmiş qaydada qəbul edilib.
Dəyişikliyə əsasən struktur bölmələrinin rəhbərləri və müavinləri, yəni – departament müdirləri, eləcə də onların köməkçiləri ilə bağlanan müqavilələrə istənilən vaxt bir ay əvvəl xəbərdarlıq etməklə xitam verilə bilər. Bu halda, onlar yalnız bir aylıq kompensasiya alacaqlar.
Onların vəzifə müddəti birbaşa qurum rəhbərinin (məsələn, nazirin) səlahiyyət müddətinə uyğunlaşdırılacaq. Rəhbərin vəzifədən getməsi ilə onların müqaviləsi də bitmiş olacaq.
Bu şəxslərin təyin edilməsi birbaşa qurum rəhbərinin qərarına əsaslanacaq və müsabiqənin keçirilməsi tələb olunmayacaq. Gürcü dilini bilmək, 18 yaşın tamam olması, eləcə də sertifikat sahibi olmaq kimi tələblər aradan qaldırılır.
Bizi WhatsApp – da izləyin.