RƏSMİ AÇIQLAMA: “Azərbaycanın quru sərhədləri açılsa, Bakı-Tbilisi-Bakı reysi bərpa ediləcək”

“Azərbaycanın quru sərhədləri açılsa, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək”.

Bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

“Yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq”, – deyə o qeyd edib.

Bizi WhatsApp – da izləyin.