Azərbaycanda məktəbdə 55 nəfər zəhərlənib – FOTO
Azərbaycanın Tovuz rayonunda zəhərlənmə faktı qeydə alınıb.
RealNews.ge Azərbaycan mətbuatına istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.
Məktəbin 55 nəfər şagird və müəllimi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.
Bizi WhatsApp – da izləyin.