Hava şəraiti bu tarixdən yaxşılaşacaq – PROQNOZ
20 dekabrdan etibarən, Gürcüstanda hava şəraiti yaxşılaşacaq və əksər yerlərdə yağışsız hava şəraiti hökm sürəcək. Bu barədə Milli Ətraf Mühit Agentliyinin qısamüddətli proqnozlar şöbəsinin müdiri Dodo Qvazava “Primetime”a açıqlama verib.
“20 dekabrdan etibarən Gürcüstanda hava açılacaq, gecələr şaxta güclənəcək, qərbi Gürcüstanın düzənlik rayonlarında temperatur -2 dərəcəyə qədər enəcək. Növbəti günlərdə isə şaxta gözlənilmir və hava açıq olacaq. Günorta saatlarında qərbi Gürcüstanda temperatur yüksələrək +15-17 dərəcəyə çatacaq.
Şərqi Gürcüstanda, xüsusilə Kaxeti və Tbilisidə isə əsasən buludlu hava olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək.
Qudauri-Stepantsminda bölgələrində temperaturun -10-12 dərəcə arasında olması gözlənilir.
Demək olar ki, quru hava şəraiti 27 dekabra qədər davam edəcək,” – Dodo Qvazava bildirib.
Bizi WhatsApp – da izləyin.