Dəhşətli hadisə: 16 yaşlı yeniyetmə bıçaqlanıb, 14 yaşlı şübhəli saxlanılıb

Tbilisidə, Zestafoni küçəsində 16 yaşlı yeniyetmə bıçaqlanıb. Onun sinə nahiyəsinə soyuq silahla xəsarət yetirilib. “Rustavi 2” telekanalının məlumatına görə, hadisə Georgi qardaşı ilə birlikdə hərəkət edərkən baş verib və hücum edənlərin əksəriyyəti maskalı olub.

Yaralının anasının dediyinə görə, oğlu və 14 yaşlı hadisəni törətməkdə şübhəli bilinən eyni məktəbdə oxuyublar və aralarında əvvəllər də sözlü münaqişələr olub. Şübhəlinin yaşı səbəbindən əvvəlki hadisələrdə hüquqi təqib aparılmayıb. Şübhəli başqa məktəbə keçsə də, Georgiyə bir neçə dəfə pusqu qurub və hadisədən bir neçə gün əvvəl anasını da izləyib.

Hazırda yaralı Tbilisidəki xəstəxanaların birində reanimasiya şöbəsindədir. Hadisə ilə bağlı aktiv istintaq tədbirləri aparılır, şübhəlinin evi axtarılıb və yaralının anası və qardaşı dindirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəli şəxs artıq saxlanılıb və hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) üzrə istintaq aparılır.

Bizi WhatsApp – da izləyin.