Prezidentin əfv etdiyi məhkumlar arasında Rezo və Firuz qardaşları da var

Prezident Salome Zurabişvili Rezo və Firuz Çulukidze qardaşlarını əfv edib. Bu barədə məlumatı onların ailəsi təsdiqləyib.

Mövcud məlumata görə, Çulukidze qardaşları artıq həbsxanadan azad ediliblər.

Qeyd edək ki, Rezo və Firuz Çulukidze 2021-ci il aprelin 15-də Qumatda Namaxvani SES-in tikintisinə qarşı keçirilən aksiyadan sonra həbs ediliblər. Onlar qrup şəklində zorakılıq törətməkdə ittiham olunublar.

Rezo və Firuz Çulukidze 5 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdilər.

Dekabrın 23-də isə Çulukidze qardaşları da olmaqla 9 nəfər Prezident Salome Zurabişvili tərəfindən əfv edib.

Bizi WhatsApp – da izləyin.