19 il sonra, yenə dekabr, yenə Aktau… – FOTO

Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Məlumata görə, qəza zamanı təyyarədə 67 nəfər olub və onlardan 29-u sağ qalıb.

Qəzanın səbəbi kimi ilkin ehtimal olaraq hava gəmisinin quş sürüsü ilə toqquşması göstərilir.

Məlumat üçün onu da bildirək ki, bundan əvvəl 2005-ci ildə baş vermiş Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzasının bugünkü qəza ilə oxşar cəhəti var.

Belə ki, 19 il öncə Bakıdan Aktauya uçan AN-140 təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra radarlardan itib. Hava gəmisi axtarışına start verilib. Təyyarə Bakı Beynəlxalq Hava Limanından 18 km aralıda – Nardaran ərazisində yerə çırpılmış vəziyyətdə tapılıb. Hava gəmisində olan 23 nəfərin hamısı həlak olub. Onlardan 5-i ekipaj üzvü, 18-i isə sərnişin idi. Maraqlıdır ki, həmin hadisə də dekabrda – ayın 23-ü baş vermişdi. Həmin vaxtkı təyyarənin Aktauya uçması və hadisənin dekabrda baş verməsi bugünkü qəza ilə oxşarlıq təşkil edir.

Bizi WhatsApp – da izləyin.