Azərbaycanın Gürcüstandakı səfirliyində başsağlığı kitabı açılacaq
Cari ilin 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazisində 26 dekabr tarixində matəm elan olunub. Bu məqsədlə, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində cari ilin 26 dekabr (saat 13:00-18:00) və 27 dekabr (saat 10:00-13:00 və saat 15:00-18:00) tarixlərində başsağlığı kitabı açılacaq.
Bu barədə RealNews.ge-yə səfirlikdən məlumat verilib.
Bildirilib ki, başsağlığı qeydləri elektron qaydada [email protected] email vasitəsilə də qəbul ediləcəkdir.
Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik.
Bizi WhatsApp – da izləyin.